İŞİD İraqda 56% ərazisini itirib
1. 107 dəfə baxılıb
İŞİD xəvaric terror təşkilatı Iraqda nəzarəti altında saxladığı ərazinin 56%-ni itirib.
Selefxeber.az xəbər verir ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
“İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 56%-i, Suriyada isə təxminən 27%-i itiriblər”, məlumatda qeyd edilir.
Oktyabrın 17-dən, Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyatda minə yaxın İŞİD silahlısı məhv edilib.
Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”