Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD İtaliyanı Liviya qaçqınları ilə təhdid edib

Fevral 21
19:29 2015

İŞİD terror xəvaric qruplaşması İtaliyanı Liviya qaçqınları ilə dolduracaqları ilə təhdid edib.

“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, terror təşkilatının yaraqlıları İtaliya hökumətini ölkəyə yarımmilyon liviyalı miqrant göndərəcəkləri ilə təhdid edib.

“Liviyaya silahlı qüvvələri göndərsəniz, buna cavab olaraq sizə 500 min miqrant yollayacağıq”, – deyə İŞİD terror xəvaric qruplaşmasının saytında yerləşdirilən məlumatda deyilir.

“Le Figaro” qəzeti yazır ki, terrorçular yüzlərlə miqrant qayıqları ilə Aralıq dənizində əsl xaos yaratmaq istəyir.

İtaliya Xarici İşlər naziri Paolo Ceniloni bəyan edib ki, hökumət liviyalı qaçqınların axınından ehtiyatlanır.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.

Digər xəbərlər