Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD komandirləri qaçır

Oktyabr 20
17:05 2016

Mosulun İŞİD terror xəvaric qruplaşmasından azad edilməsi üçün keçirilən əməliyyatın ilk üç günündə cənubdan İraq ordusu, şərqdən isə kürd silahlıları ümumilikdə 552 kv. kilometrlik ərazini nəzarətə götürüblər.

Selefxeber.az-ın APA TV-yə istinadən məlumatına görə, 3 gün ərzində Mosulun cənubundakı Nemrud yaşayış məntəqəsi, şərqində isə 13 yaşayış məntəqəsi İŞİD terror xəvaric qruplaşmasındən alınıb. Ölən və yaralananlarla bağlı məlumat yoxdur.

İraq ordusu Hamdaniyə rayon mərkəzini, eləcə də, əsasən xristianların yaşadığı Qaraquş yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Lakin İŞİD-in intuharçı-terrorçularının hərəkətləri üzündən ordu Mosulun 30 kilometrliyindəki Hamdaniyədən geri çəkilməli olub.

İraq ordusu Nemrud yaşayış məntəqəsini də azad edib. Lakin bundan sonra hücum dayandırılıb.

Əməliyyat zamanı öldürülən İŞİD üzvlərinin əksəriyyəti yeniyetmələrdir. Terrorçular onlardan intiharçı kimi istifadə edir.

İraqın baş nazirinin nümayəndəsi Səid əl-Hüdeysi bildirib ki, ordu Mosulun azad edilməsi əməliyyatında gözlənildiyindən daha sürətlə irəliləyir: “Bu, onu göstərir ki, biz düz yoldayıq. İraq qüvvələri tezliklə Mosulu terrorçulardan təmizləməklə tarixi qələbə qazanacaq”.

Kəşfiyyat məlumatlarına görə, İŞİD terrorçuları beynəlxalq koalisiyanın hava hücumlarından qorunmaq üçün dərin tunellər qazır. Əməliyyat başlayandan İŞİD-in azı 100 yüksək rütbəli nümayəndəsi Mosulu tərk edib və Suriya ərazisinə keçib.

Mosul uğrunda döyüşlər zamanı neft quyularında yanğınlar başlayıb.

Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”

Digər xəbərlər