Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-lə mübarizəyə Putin də qoşuldu

Avqust 20
16:28 2015

Rusiya İŞİD terror xəvaric qruplaşması ilə mübarizə üçün İraq və Suriya hökümətlərinin də daxil olduğu koalisiya təkilf edir.

ABŞ koalisiya qurub İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə apardığı bir vaxtda daha bir koalisiya təklifi Rusiyadan gəlib. İŞİD terror xəvaric qruplaşmasıyla mübarizə üçün hazırlanan yeni planın müəllifi isə prezident Vladimir Putindir.

“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirinin köməkçisi Mixail Boqdanov Putinin planının Yaxın Şərq və Avropa ölkələri tərəfindən dəstəkəndiyini açıqlayıb.

Putinin yeni planında İŞİD terror xəvaric qruplaşmasını məhv etmək üçün İraq və Suriya hökümətlərinin də daxil olduğu böləgədə ölkələrdən ibarət bir koalisiya nəzərdə tutulur. Koalisiyada kürd təmsilçilərin də olması planlaşdırılır.

Boqdanov bildirib ki, Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı ilə İŞİD terror xəvaric qruplaşması ilə mübarizə planını Cavad Zərifin Moskva səfəri zamanı müzakirə edib.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatlarını tənqid edən Boqdanov bildirib ki, əgər İŞİD terror xəvaric qruplaşmasını məğlub etmək istəyiriksə, onda dünya gücləri birləşməlidir.

Boqdanov Suriya münaqişəsinin diplomatik yollarla həlli üçün addımların atıldığını da bildirib.

“Bu məqsədlə Cenevrə-3 konfransına hazırlıqlar başlayıb. Münaqişənin həlli üçün siyasi iradəyə və dəstəyə ehtiyac var”, – deyə Mixail Boqdanov əlavə edib.

Boqdanov, həmçinin Suriya müxalifəti ilə Moskva və Qahirədə aparılan danışıqları xatırladaraq qeyd edib ki, müxalifətin bir araya gəlməsi üçün xüsusi platformaya ehtiyac var.

İndi Putinin yeni koalisiya planı Suriya münaqişəsinin həlli məqsədi ilə baş tutacaq Cenevrə-3 konfransında müzakirə üçün hazırlanır.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyurmuşdur: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər