“İŞİD liderləri İraq və Suriyadan Liviyaya qaçır”
742 dəfə baxılıb
O, Liviya hökumətini İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə koalisiyaya yardım etmək üçün iradə nümayiş etdirməyə çağırıb.
“Biz İŞİD terror xəvaric qruplaşması silahlılarının, eləcə də komandirlərinin böyük axınla olmasa da, İraq və Suriyadan Liviyaya qaçdığını müşahidə edirik”.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu ABŞ beynəlxalq koalisiya komandanlığındakı rəsmi nümayəndəsi Stiv Uorren bildirib.
“Onlar Liviyaya qonşu dövlətlərdən yeni adamlar ələ keçirmək üçün gediblər”, – o, vurğulayıb.
Stiv Uorren yaxın zamanlarda Liviyada İslam adı altında fəaliyyət göstərən təşkilat və qruplaşmaların mövqeyinə koalisiya qüvvələrinin hava zərbəsi endirməyəcəyini də söyləyib. O, Liviya hökumətini İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə koalisiyaya yardım etmək üçün iradə nümayiş etdirməyə çağırıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)