Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD Mançesterdə terrora görə məsuliyyəti üzərinə götürüb

May 23
17:35 2017

İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Selefxeber.az xəbər verir ki, “APA”nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Akbar-İraq” internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.

Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcı qurğunu işə salıb, özü də hadisə yerində ölüb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər