Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İŞİD Misirdə “А321” təyyarəsinin məhv olunması ilə öyünür”

Noyabr 07
15:40 2015

“İŞİD terror xəvaric qruplaşmasının Suriyanın Rakka şəhərindəki liderləri Sinay adasındakı müttəfiqləri ilə danışıqlar zamanı, sonuncular ərazilərində Rusiyaya məxsus “А321” təyyarəsinin məhv olunması ilə öyünüblər”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “NBC” telekanalına ABŞ hakimiyyətindəki anonim mənbə bildirib.

“Onlar birmənalı olaraq bunu bayram edirdilər”, – deyə mənbə bildirib. Onun sözlərinə görə, terrorçular söhbət zamanı təyyarənin məhv olunması ilə öyünüblər və bunu necə etdiklərini bildiriblər.

Bundan əvvəl Rusiyanın təyyarənin göyərtəsində partlayışın baş verməsini təsdiqləyən hər-hansı fakta malik olmadığı bildirilib.

“The Times” nəşri isə qeyd edir ki, ABŞ və Britaniya kəşfiyyatlarının birgə əməliyyatı zamanı peyk vasitəsilə izlənmə üsulu istifadə edilərək Rusiyaya məxsus “А321” təyyarəsinin göyərtəsində bomba olduğu barədə İŞİD terror xəvaric qruplaşmasının liderləri arasında danışıqlar qeydə alınıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər