İŞİD sıralarında 20 min xarici vətəndaş döyüşür
734 dəfə baxılıb
Suriya və İraqda İŞİD terror xəvaric qruplaşmasının sıralarında 20 min əcnəbi döyüşür.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Amerika mətbuatının əldə etdiyi ABŞ Konqresi Nümayəndələr palatasının Milli Təhlükəsizlik Komitəsinin sənədlərində öz əksini tapıb.
Məlumata görə, silahlıların sıralarında Qərb dövlətlərinin azı 3,4 min vətəndaşı döyüşür.
Azı 150 ABŞ vətəndaşı isə Suriyadakı münaqişə zonasına getməyə cəhd edib, lakin onların bir qismi Yaxın Şərqə gedərkən yolda həbs edilib, bir hissəsi isə döyüşlərdə həlak olub.
ABŞ Milli Antiterror Mərkəzinin rəisi Nik Rasmussen qeyd edib ki, Suriyaya silahlılar tərəfində döyüşməyə yollanan əcnəbilərin sayı son 20 ildə Əfqanıstan, Pakistan, Yəmən, Somali və İraqda silahlılara qoşulan əcnəbilərin sayını xeyli üstələyir.
Onun məlumatına görə, İraq və Suriyada İŞİD terror xəvaric qruplaşması sırasında azı 90 dövlətdən gəlmiş əcnəbi döyüşür.
Sələf Xəbər: Radikal təriqət – xəvariclərin meydana çıxması barədə çoxsaylı səhih hədislərdə qabaqcadan xəbər verilir və bu firqə təsvir edilir. Biz Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) hədislərini verdikcə, siz görə biləcəksiniz ki, hədislərdə qeyd edilən təsvirlər müasir xəvariclərin xüsusiyyətləri ilə tam eynidir.
“Həqiqətən, məndən sonra mənim ümmətimdə və ya məndən sonra tez bir zamanda – Quran oxuyan insanlar meydana çıxacaqdır, Quran onların boğazlarından aşağı keçməyəcəkdir. Onlar dindən – oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar, bundan sonra onlar ora qayıtmayacaqlar. Onlar – xalqların və məxluqatın ən şərlisidir”. (Müslim).
Bu hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə xəbər verdi ki, xəvariclər ibadətlərində böyük səy göstərəcək və çoxlu Quran oxuyacaqlar. Lakin onlar Quranı düzgün başa düşməyəcəklər, buna görə də onların ibadəti və qiraəti onlara xeyir verməyəcəkdir. Belə ki, məsələn, müdafiəni və döyüş meydanında düşmənlərlə müharibə aparmağı icazə verən ayələri yanlış təfsir edib, bununla hər hansı bir səhv etmiş bütün müsəlmanların qanının axıdılmasını və xaincəsinə qətl edilməsini halal görürdülər.
Digər bir hədisdə onlar İslamı düzgün başa düşməyən cavan və savadsız insanlar kimi təsvir olunur: “Axır zamanda yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Onlar dindən, oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar”. (Buxari)