Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD sıralarında onlarla rusiyalı var

Sentyabr 30
18:54 2014

“Sələf Xəbər”-in İnterpress-ə istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaşmasının tərkibində 70-80 dövlətin vətəndaşları iştirak edir, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Kommersant qəzetinə müsahibəsində bildirib.

“Söhbət terrorçu beynəlmiləl qrupdan gedir. Həmin adamlarda Qərb ölkələrinin pasportları var və onlar bütün dünya boyu vizasız və yoxlamadan keçmədən hərəkət edə bilirlər.”, nazir müavini deyib.

Diplomat xəbərdarlıq edib ki, qruplaşma üzvləri İD-nin nəzarət etdiyi ərazilərdə təlim keçdikdən sonra öz ölkələrinə qayıtdıqda həmin ölkələrin təhlükəsizliyi üçün problemə çevrilirlər.

Qeyd edək ki, Qərb ekspertlərinin təxminlərinə görə, İŞİD terror xəvaric qruplaşmasının sıralarında Rusiya və keçmiş Sovet İttifaqı respublikaları vətəndaşlarının sayı bir neçə yüzə çata bilər.

Ötən həftə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İD terror xəvaric qruplaşmasının döyüşçülərinin sayının 30-50 min olduğunu bildirmişdi.

ABŞ isə Mərkəzi Kəşfiyyat İdarəsi İD döyüşçülərinin sayının tərkibinin 31 min nəfərə çatdığı qənaətindədir.

 

 Sələf Xəbər: İslam hüququ alimi şeyx Süleyman Ruheyli (Allah onu qorusun) İŞİD barədə demişdir: “Onlar hamısı Sünnədən uzaqlaşıblar. Onlar islam icmasına zərər vurur, islam icmasına qanuni cihad aparmağa mane olur və Əhli-Sünnənin mürtəd və münafiq olduğunu və onların öldürülməsinin yəhudilərin və xristianların öldürülməsindən vacib olduğunu bəyan edərək, öz silahlarını onlara qarşı istifadə edirlər.”

Digər xəbərlər