“İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib” – BMT
1. 059 dəfə baxılıb
İŞİD terror qruplaşması Suriyavə İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib.
Selefxeber.az xəbər verir ki, “APA”nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Yan Kubiş bəyan edib.
“2014-cü ilin yayından İŞİD terror qruplaşması Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib. 7,5 milyon insan terrorçuların əsarətindən azad edilib”, deyə Y.Kubiş qeyd edib.
BMT nümayəndəsi həmçinin bildirib ki, hərbi əməliyyatlarla əlaqədar Suriya və İraqda 6 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”