İŞİD Suriyada iki türk hərbçisini girov götürdüyünü iddia edir
1. 239 dəfə baxılıb
İŞİD xəvaric terror qruplaşmasının üzvləri Suriyada itkin düşən iki türk hərbçisini girov götürdüyünü elan edib.
Selefxeber.az xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “SITE Intelligence Group” nəşri məlumat yayıb.
“İŞİD Hələb istiqamətindəki Əl-Bab şəhərinin şərqində yerləşən kənd yaxınlığında iki türk hərbçisini əsir götürdüyünü bildirib”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərdə bildirilib ki, Türkiyə ordu komandanlığı Suriyada “Fərat Qalxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqəni itirib.
“15.30 radələrində “Fərat Qalxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqə kəsilib, onların axtarışı davam etdirilir”, – deyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının
məlumatında bildirilib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”