İŞİD terror xəvaric qruplaşması girov götürdüyü yaponiyalılardan birini edam edib
868 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının silahlıları girov götürülən iki Yaponiya vətəndaşından birini edam edib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.
Video görüntülərdə girovlardan biri İŞİD terror xəvaric qruplaşmasının yeni tələblərindən bəhs edir. İŞİD terror xəvaric qruplaşması İordaniyada həbsdə olan İŞİD üzvünün sərbəst buraxılacağı təqdirdə Yaponiya vətəndaşını azad edəcəklərini bildiriblər .
Hazırda məlumat yoxlanılır.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Muslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)