İŞİD terror xəvaric qruplaşması İraqın yarısını ələ keçirdi – “Əl Cəzirə” dən şok iddia
1. 079 dəfə baxılıb
İŞİD İraqda sünnilər yaşayan bütün yaşayış bölgələrinin nəzarətini ələ keçirib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, belə bir sensasion iddia ilə nüfuzlu “Əl Cəzirə” telekanalı çıxış edib.
Hazırda İŞİD İraqın Ramadi şəhərin cənub, şimal və qərb hissələrinə yerləşmiş vəziyyətdədir. Tez-tez İraq qüvvələri ilə IŞİD arasında toqquşmalar baş verir. Silahlı qruplaşma Ramadinin qərbindəki Hit şəhərində bütün yolları nəzarət altına aldığını bildirib.
İŞİD -in iyun ayında Mosul başda olmaqla İraqın bəzi bölgələrin nəzarətini ələ keçirməsinin ardından, ölkənin müxtəlif yerlərində İŞİD ilə İraq qüvvələri arasında toqquşmalar davam edir.
Anbarın 80 faizi İŞİD-in əlində
İŞİD-in ötən ay Anbar əyalətinin Ramadi və Fəllucə şəhərlərində və Hit rayonunda yeni ərazilər ələ keçirməsindən sonra, Anbar əyalətinin faiz 80-ni əlində saxladığını açıqlamışdı.
Hava hücumları nəticə vermir
ABŞ-a aid hava qüvvələri də İŞİD-in nəzarətindəki bəzi hədəflərə hava hücumları təşkil edir.
İŞİD-in ələ keçirdiyi üç mühüm hərbi baza paytaxt Bağdadın hüdudlarına təqribən 40 kilometr məsafədədir.
Sözügedən rayonlar Kərbəla və Nəcəfə şəhərlərinə yaxın məsafədədir. Telekanal iddia edib ki, bütün bunlardan sonra, İraqın yarısı İŞİD-in nəzarətinə keçmiş durumdadır.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).