Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşması özünü məhv edir

Dekabr 01
17:50 2014

Terrorçuların 25 üzvünü güllələyərək öldürdüyü bildirilir. İŞİD terror xəvaric qruplaşması artıq öz üzvlərini də kütləvi şəkildə öldürür.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaşmasının Mosulda baş verən son qarşıdurmalarda yaralanan 25 üzvünü güllələyərək öldürdüyü bildirilir. Bu haqda xəbəri Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan Səid Məmuzini verib.

O, həmin İŞİD terror xəvaric qruplaşması silahlılarının qarşıdurmalarda qolunu və ya ayağını itirdiyini, buna görə də döyüşlərdə yararsız hesab edilərək öldürüldüyünü sözlərinə əlavə edib.

Öldürülən İŞİD-çilər xəstəxanadan çıxarılaraq şəhərdən uzaq bir yerdə öldürülüb.

Qeyd edək ki, Mosul xəstəxanası həkimlərindən bəziləri yaralı İŞİD-çiləri müalicə etməkdən imtina edirlər. Onlardan 10-u, hətta, bu hərəkətinə görə terrorçuların qəzəbinə uğrayıb.

 Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.” (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər