İŞİD terror xəvaric qruplaşmasında daxili üsyan yetişir
903 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasına qatılan döyüşçülər artıq həyat şərtlərindən şikayətçi olmağa başlayıb.
“Sələf Xəbər” Cumhuriyyet.az-a istinadən xəbər verir ki, “Daily Mail” nəşrinin verdiyi məlumata görə, İŞİD-in bəzi üzvləri ailələrinə yazdıqları məktublarda çətinliklərini dilə gətirirlər.
Qəzetin yazdığına görə, İraq və Suriyaya gedən cihadçılar geri dönmək üçün yalvarmağa başlayıb. İŞİD terror xəvaric qruplaşmasına qatılan xarici döyüşçülər tualet təmizləməkdən və qab-qacaqları yumaqdan şikayət edirlər. Soyuqdan şikayət edən cihadçılardan biri də “iPod”unun artıq işləmədiyini dilə gətirib.
Hindistandan olan 23 yaşındakı Arib Macid may ayında 3 yoldaşı ilə İŞİD-ə qatılmışdı. Ötən həftə evə dönən Macid ailəsinə cəbhədə döyüşmək əvəzinə əhəmiyyətsiz işlərdə istifadə edildiyini bildirib.
“Daily Mail” nəşrinin dərc etdiyi şəkillərdən birində isə İŞİD üzvlərinin bir gününün necə keçdiyi yazılıb.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).