İŞİD terror xəvaric qruplaşmasından Obamaya təhdid mesajı
939 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması yayınladığı son videoda ABŞ prezidenti Barak Obama və Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzanini təhdid edib.
“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması Obama və Bərzaniyə “başlarını kəsəcəyik” deyib.
“İslama qarşı gələnlərin sonu belə olar. Amerikaya da gələcəyik. Obama, Ağ Evdə sənin başını da kəsəcəyik. Bu mesajım Fransa və onun bacısı Belçikayadır. Bomba yüklənmiş avtomobillərlə gələrək başlarınızı kəsəcəyik. Ey Məsud Bərzani, vallah başını kəsəcəyəm. Biz şəriətin hökmlərini yerinə yetiririk”, -deyərək video müraciətdə bildirilir.
Videoda danışan İŞİD terror xəvaric qruplaşması üzvünün Muvaffak Yunus adlı bir kürd olduğu müəyyənləşdirilib. Onun iki qardaşı ilə birlikdə Mosulun işğal edildiyi dövrdə İŞİD terror xəvaric qruplaşmasına qatıldığı bildirilir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD terror xəvaric qruplaşmasının) İslama aidiyyəti yoxdur.”