Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşmasının İsrail planı ortaya çıxdı

Dekabr 04
19:21 2014

İŞİD terror xəvaric qruplaşmasının İsrailə qarşı planladıqları böyük plan üzə çıxıb.

Terrorçular qaçırdıqları Misir döyüş gəmisi ilə İsrail hədəflərini vurmağı planlaşdırırmış.

“Sələf Xəbər” Cumhuriyyet.az-a istinadən bildirir ki, bir müddət öncə Sina yarımadasında fəaliyyət göstərən və noyabrın əvvəllərində İŞİD terror xəvaric qruplaşmasına beyət edən “Ənsar Beyt əl Makdis” qruplaşması Aralıq dənizindəki İsrail hədəflərinə hücum təşkil etmək üçün Misir donanmasına məxsus bir döyüş gəmisini qaçırmaq istəyib.

İsrail və Ərəb mətbuatında yer alan xəbərlərə görə, bu hadisə 12 noyabrda Misirin Dimyat limanında baş verib.

İddialara görə, terrorçular hücum üçün gəmi seçib və öz adamlarını kapitan vəzifəsinə yerləşdirib. Gəmi sahildən 70 kilometr məsafədə olanda terrorçular iş başına keçib və gəmiyə hücum ediblər.

Sahilə həyəcan siqnalı verildikdən sonra döyüş gəmiləri və helikopterlərlə terrorçuların əlinə keçən gəmi mühasirəyə alınıb. Yaranan qarşıdurma zamanı 32 qruplaşma üzvü ələ keçib. Gəminin 8 ekipaj üzvü itkin düşüb. 5 nəfər isə həlak olub.
İstintaq zamanı bəlli olub ki, terrorçular gəmini İsrailin Kipr sahillərində yerləşən “Tamar” və “Leviathan” təbii qaz yataqlarında olan axtarış platformalarını dağıtmaq və döyüş gəmilərinə hücum etmək məqsədi ilə qaçırıbmış.

Bu hadisə mətbuata sızdıqdan sonra İsrail sözügedən ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

 Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər