Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşmasının İsrailə hücum edəcəyi iddia edilir

Dekabr 29
16:10 2014

“İslam dövləti” terror xəvaric qruplaşmasının İsrailə hücum planı var.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, “Fiskal Tayms” (“Fiscal Times”) nəşri baş xəbərində bu iddia ilə çıxış edib. Məqalədə Qolan ərazilərində üç müxalif qrupun hücumlara başlamaq üçün “İslam dövləti” terror xəvaric qruplaşmasına beyət etdiyi qeyd olunub. “Xəlifə”nin dəstəyinu uman bu terrorçu qruplaşmanın Misirdə də müttəffiqləri var.

İsrailin hərbi ekspertləri də İŞİD terror xəvaric qruplaşması qüvvələrinin yəhudi ölkəsinə hücumunu istisna etmirlər. İsrail ordu rəhbərliyi isə Qolan ərazilərində mühafizəni gücləndirib və əsgəri qüvvəni səfərbər edib.

İsrail 2011-ci ildən bu yana zaman-zaman Suriya torpaqlarına hava hücumları təşkil edib. Bombardmana baxmayaraq, “İslam dövləti” terror xəvaric qruplaşması güclənməkdə davam edir.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir ).

Digər xəbərlər