Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə zərbələr endirildi

Dekabr 06
19:52 2014

Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gün ərzində “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 20 hava zərbəsi endirib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.

Məlumata görə, Suriyada əksər zərbələr Kobani şəhərində terrorçuların canlı qüvvə və hərbi texnikasına yönəlib. Nəticədə silahlılara məxsus bir neçə nəqliyyat vasitəsi məhv edilib.

İraqda isə İŞİD terror xəvaric qruplaşmasının 6 şəhərdəki mövqelərinə hava zərbəsi endirilib. Bir neçə silahlı dəstə məhv edilib, terrorçulara məxsus bunker, tikililər, avtomobillər və silah anbarları dağıdılıb.

 Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər