İŞİD terror xəvaric qruplaşmasının tərəfində 13 min əcnəbi vuruşur
891 dəfə baxılıb
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, “İslam dövləti” və “Cebhat ən-Nüsra” terror xəvaric qruplaşmalarının tərəfində İraq və Suriyada 13 min əcnəbi vuruşur.
Bunu BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasındakı çıxışında bəyan edib: ““Əl-Qaidə” və “Taliban” terror qruplaşmaları üzrə müşahidə qrupunun rəyinə əsasən, “İslam dövləti” və “Cebhat ən-Nüsra” qruplaşmalarına 80 ölkədən olan 13 min yaraqlı qoşulub.”
Qeyd edək ki, “Cebhat ən-Nüsra” radikal islamçı qruplaşması 2012-ci ilin yanvarında Suriyada vətəndaş müharibəsi zamanı yaranıb.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır. Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz.
Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”