Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD təsdiqlədi: Bağdadi öldü, yeni lider seçildi

İyul 11
15:40 2017

İŞİD xəvaric terrorçuları liderləri Bağdadinin öldüyünü elan ediblər.

Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə yerli “Əs-Sumariya” kanalı informasiya yayıb.

Mənbənin sözlərinə görə, İŞİD Bağdadinin ölümü və yeni liderlərinin kimliyi barədə qısa elan verib.

Rusiya tərəfi 28 mayda İŞİD lideri Bağdadinin Rakkaya endirilmiş aviazərbələr nəticəsində öldürüldüyü barədə ehtimalları uzun müddətdir araşdırırdı. İran mediası isə Bağdadinin ölüsünün fotolarını yaymışdı, lakin İŞİD faktı gizlədirdi.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər