Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İŞİD Türkiyə üçün başlıca təhlükədir”

Oktyabr 28
14:36 2015

“Türkiyənin İŞİD terror xəvaric qruplaşmasına yardım etməsi ilə bağlı məlumatlar tamamilə cəfəngiyyatdır”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Potomak institutunun professoru Yonah Aleksander deyib. O bildirib ki, İŞİD terror xəvaric qruplaşmasının bölgədə güclənməsi Türkiyənin iqtisadiyyatına ağır zərbə vurar:

“Türkiyənin sabitliyə və dinamik inkişafa ehtiyacı var. Türkiyənin İŞİD terror xəvaric qruplaşmasına yardım etməsi onun turizmini məhv edər. Əsassız fikirlərə inanmıram. İŞİD terror xəvaric qruplaşmasının Türkiyəyə başlıca təhlükə olduğunu düşünürəm”.

Professor qeyd edib ki, İŞİD terror xəvaric qruplaşmasını dövlət olaraq heç bir ölkə tanımır:

“İŞİD terror xəvaric qruplaşmasının İslama heç bir bağlılığı yoxdur. Onu məhv etmək üçün ən azı yüz il vaxt lazımdır. ABŞ-ın terrorçularla apardığı mübarizə olduqca zəifdir. Belə olan halda Rusiya bölgədə güclənir”.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər