Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İŞİD və əl-Bağdadini məhv edəcəyik” – MKİ-nin rəhbəri

May 02
16:09 2016

İŞİD terror xəvaric qruplaşmasının lideri Əbu-Bəkr əl-Bağdadinin aradan götürülməsi təşkilatın məhv edilməsi yolunda önəmli addım olardı.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Con Brennan bəyan edib.

“Əl-Bağdadini zərərsizləşdirməklə İŞİD terror xəvaric qruplaşmasına böyük zərbə vurmuş olardıq. O çox vacibdir. Şübhə etmirəm ki, biz İŞİD terror xəvaric qruplaşmasını və əl-Bağdadini məhv edəcəyik. İnsanları dəhşətli cinayətlərə təhrik edən təşkilat rəhbərlərini neytrallaşdırmaq gərəkdir. Düşünürəm ki, İŞİD terror xəvaric qruplaşması ümumiyyətlə bir fenomendir və uzun illər bizə problem yaratmaqda davam edəcək. Bu sırf təşkilat deyil, təzahürdür. Biz bunu Suriya və İraqla yanaşı Liviya, Nigeriya, digər ölkələrdə də görürük”,- deyə C.Brennan bildirib.

Qeyd edək ki, mayın 2-də “Əl-Qaidə” təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsindən 5 il ötür.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər