İŞİD xəvaric terror qruplaşması ilə döyüşlərdən qaçan İraq əsgərləri belə cəzalandırıldı
928 dəfə baxılıb
İraq hökuməti İŞİD terror qruplaşması ilə mübarizə zamanı döyüş meydanından qaçan 100 mindən çox hərbçi ilə müqaviləni ləğv edib.
Selefxeber.az “Report”-a istinadən bildirir ki, “Əl-Arabia” telekanalının məlumatına görə, İraqın müdafiə naziri Xalid əl-Obeydi məlumat verib.
“İŞİD terrorçularının hücumu zamanı öz mövqelərini tərk edən 106 min İraq hərbçisi ilə bağlanan müqavilə ölkənin Müdafiə Nazirliyi tərəfindən ləğv edilib”, – deyə Əl-Obeydi bildirib.
O qeyd edib ki, bu, əsasən 2014-cü ilin ilk aylarında İraq ordusunun sıralarında olan hərbçilərə aid olub.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”