İŞİD xəvaric terror qruplaşması Mosulda məğlubiyyətini elan etdi
1. 092 dəfə baxılıb
Aylardır Mosulda İraq ordu birliklərinə müqavimət göstərən qanlı İŞİD xəvaric terror təşkilatının taleyi artıq həll olunur.
Selefxeber.az xəbər verir ki, “Eurasiadiary.com”un “Turkustan.info”ya istinadən məlumatına görə, İraqın dövlət televiziyası münaqişə bölgəsində azad edilməmiş son metrlər qaldığını və qısa müddətdə qələbənin elan ediləcəyini canlı yayımda bildirib.
Öz informasiya agentliyindən açıqlama yayan İŞİD isə Mosulda yenildiyini etiraf edərək bütün savaşçılarının Dəclə çayı kənarındakı meydanda ölənə qədər döyüşəcəklərini bildirdi.
Savaşın bu gün bitməsi ilə Mosul 264 gün mücadilədən sonra azadlığa çıxmış olacaq.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”