Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD xəvaric terror qruplaşması taktikasını dəyişib

Oktyabr 12
16:47 2016

Selefxeber.az-ın məlumatına görə Admiral.az xəbər verir ki, Belçika Prokurorluğu İŞİD-in gənc üzvlərini Suriya və İraqda fəaliyyətə səsləmədiyini, əvəzində yaşadıqları ölkələrin ərazisində terror aktı törətməyi tövsiyə etdiyini açıqlayıb.

Belçika Prokurorluğunun rəsmi nümayəndəsi Erik Van Der Siptin Röyter agentliyinə bildirib ki, hazırda prokurorluq gənc İŞİD üzvlərini “Teleqram Messencer” şəbəkəsi vasitəsilə izləyə bilir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər