İŞİD xəvaric terror təşkilatı 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib
1. 174 dəfə baxılıb
İŞİD xəvaric terror təşkilatı 2016-cı ildə Suriya və İraqda daha əvvəl işğal etdiyi ərazilərin təxminən dörddə birinə nəzarəti itirib.
Selefxeber.az-ın məlumatına görə, bu barədə “Report” BBC-yə istinadən xəbər verir.
Böyük Britaniyanın “IHS Markit” analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı il ərzində İŞİD təxminən 18 min kv.km əraziyə nəzarəti itirib, hazırda onların işğalı altında olan ərazilərin sahəsi isə 60,4 min kv.km təşkil edir. Başqa sözlə, 2016-cı ildə İŞİD işğal etdiyi ərazilərin 23%-ni, bir il əvvəl isə 14%-ni itirib.
“IHS Markit” analitik şirkətinin eksperti Kolumb Strekin sözlərinə görə, İŞİD-in ötən ilin dekabr ayında yenidən Palmiranı işğal etməsi Əsəd qüvvələrinin və müttəfiqlərinin həmin müddətdə Hələb məsələsi ilə məşğul olmasıyla əlaqədardır. O qeyd edib ki, İraq ordusunun ilin birinci yarısında Mosulu geri qaytaracağına ümid edirlər.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”