İŞİD xəvaric terror təşkilatının ən böyük yanacaq deposu ələ keçirilib
1. 447 dəfə baxılıb
Selefxeber.az-ın “eurasiadiary.az”a istinadən məlumatına görə, İraqın terrorizmlə mübarizə qüvvələri Neynəva vilayətinin mərkəzi olan Mosulun şərq istiqamətində İŞİD terror qruplaşmasının ən böyük yanacaq deposunu öz nəzarətinə götürüb.
Əl-Aləm telekanalının məlumatına görə, İraq qüvvələri bazar günü terrorçuların Dəclə çayının şərqindəki azad olunmuş bölgələr və əl-Ələm bölgəsinə doğru Kərkük vilayətinin cənub-qərbində əl-Həvicə şəhərinə nüfuzunun qarşısını almaq məqsədilə Səlahəddin vilayətinin Əccil və Əllas neft yataqları ətrafında yerləşib.
İraq qüvvələrinin Əccil və Əllas neft yataqları ətrafında terrorçularla mübarizə üçün yerləşdirilməsi ilə, bu qüvvələr terror qruplarının mühasirəsində olan əl-Həvicə tayfalarının 300-dən çox ailəsini bölgədən təxliyyə edib və onları əl-Ələmdəki qaçqınların düşərgələrinə çatdırıb.
İŞİD terror qruplaşması 2014-cü ildə Kərkük vilayətinin cənub-qərbində əl-Həvicə şəhərini işğal edib.
İŞİD indiyə qədər bu şəhərdə müxtəlif bəhanələr, o cümlədən İraq ordusu və dövləti ilə əməkdaşlıq etmək bəhanəsi ilə bu şəhərin onlarla sivilini edam etmişdir.
Son bir neçə ayda İraq ordusu və xalq könüllü qüvvələri bu ölkənin bir neçə şəhəri, o cümlədən Ər-Rəmadi və Tikriti İŞİD terrorçularının işğalından azad etmişlər və hazırda Mosul şəhərini azad etməkdədir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir:
“Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”