Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

IŞİD xəvaric terror təşkilatının İraqda növbəti çirkin əməli – VİDEO

Fevral 23
17:38 2017

İraqlılar İŞİD xəvaric terror təşkilatının törətdiyi vəhşilikləri çətin ki, unuda bilsinlər. İşgəncə verməkdə ən çirkin və amansız üsullardan istifadə edən xəvaric terrorçular, bu yolla insanları zorla özlərinə tabe etməyə çalışırlar. Lakin onlar bir həqiqəti dərk edə bilmirlər ki, insanların qəlbini zorla ələ almaq mümkün deyildir. Onlar iman gətirdiklərini idda etdikləri Qurani-Kərimə və İslam peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) baxsaydılar, onun zor üslubundan əsla istifadə etmədiyini görərdilər.

Onların Qurani-Kərimə və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə məhəl qoymaması, bir daha sübut edir ki, İŞİD-in islamla heç bir bağlılığı yoxdur. Onlar sadəcə azmış, həddimi aşmış quldurlardır.

Selefxeber.az-ın “Alarabiya.net”ə istinadən məlumatına görə, İŞİD xəvaric terrorçuları İraqın Mosul şəhərində qətlə yetirdikləri əsirləri şəhər kənarında “qorxu quyusu” adlı dərin quyuya atırmışlar. Hal şahidlərinin dediklərinə görə, İŞİD-çilər özlərinə tabeçilik göstərməyən əhalini “səni qorxu quyusuna ataram” deyərək qorxudurmuşlar.

Təqdim etdiyimiz videoda quyunun kənarında bir neçə insan cəsədinin olduğu əks olunur. Görünür terrorçular qətlə yetirdikləri insanları quyuya tələm-tələsik atıb ərazidən uzaqlaşıblar.

🎬

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər