İŞİD xəvaric terror təşkilatının təbliğatçılarından biri məhv edilib
1. 018 dəfə baxılıb
Terrorçu İŞİD qruplaşmasının təbliğat “şefilərindən” biri olan İbrahim əl-Ənsari və onunla birlikdə daha 4 silahlı öldürülüb.
Selefxeber.az-ın məlumatına görə, “Report” DHA-ya istinadən xəbər verir ki, bunu İraqdakı koalisiya qüvvələrinin sözçüsü Cozef Skrokka bildirib.
Onun sözlərinə görə, koalisiya qüvvələrinin İraqın Suriya ilə sərhədində yerləşən Əl-Qaim bölgəsində keçirdiyi əməliyyat nəticəsində İbrahim əl-Ənsari və 4 terrorçu məhv edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”