İŞİD xəvaric terrorçuları Pakistanda partlayış törədib
992 dəfə baxılıb
Pakistan Senatının sədr müavini Maulana Abdul Qafur Hayderi Belucistan əyalətində baş verən partlayışda xəsarət alıb.
Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” RİA Novosti-yə istinadən bu haqda xəbər verib.
Tribune.com.pk-nin verdiyi məlumata görə, vitse-prezidentin kortejinin partladılması nəticəsində ən azı 25 nəfər ölüb, 35 nəfər yaralanıb.
Partlayış Mastunq dairəsində baş verib. Yüksək vəzifəli siyasətçinin korteji tədbirdən qayıdarkən partladılıb.
Hayderi xəstəxanaya yerləşdirilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”