Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İŞİD”ə görə adını dəyişir

İyul 09
11:14 2014

əl-Ərəbiyyə xəbər verir ki, ABŞ-da ağıllı cihazlar vasitəsi ilə nağdsız ödəmələr üzrə ixtisaslaşan məşhur şirkət İŞİD terror qruplaşmasına görə adını dəyişmək qərarına gəlib.

Məsələ ondadır ki, şirkətin adı ingiliscə ISIS yazılır, bu terrorçu qruplaşmasının da adı ingiliscə məhz belə yazılır.

Şirkətin icraçı direktoru Maykl About (Michael Abbott) ad dəyişmək istəyinin səbəbini açıqlayaraq deyir: “Biz istəmirik ki, adımız şiddətlə bağlı olan bir qrupla eyni olsun!”

Direktor şirkətin adını dəyişərək təzə ad alacaqlarında israrlı olduğunu desə də, təzə adın necə olacağını bildirməyib.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərh usulət-təfsir, 1-ci Kasset, A Tərəfi).

Digər xəbərlər