İslam İspaniyaya rəsmi olaraq yenidən qayıtdı – VİDEO
1. 037 dəfə baxılıb
“Sələf Xəbər” alanba.com – a istinadən xəbər verir ki, İspaniyanı çiçəkləndirən müsəlmanların 500 il bundan əvvəl oradan qovulmasından sonra 33 il öncə İslam Əndəlusa rəsmi olaraq yenidən qayıtdı.
Belə ki, Səudiyyə Ərəbistanının indiki kralı Salman ibn Əbdüləziz ər-Riyad şəhərinin əmiri olarkən 1981-ci ildə 500 illik bir fasilədən sonra öz hesabına Bütün İspaniyada rəsmi olaraq ilk məscid tikdirmiş və yenidən azan səsi İspaniyada eşidilməyə başlamışdır. Bu ilk məscid İspaniyanın Aralıq dənizi sahilində yerləşən Marbiya şəhərindədir. Məscidin memarı elə İspaniyanın Qurtubə şəhərindən olan Xuvan Mura Orbanodur.
Həmin məsciddən öncə İspaniyada müsəlmanların sayının, təxminən, 200 min olmasına baxmayaraq, onlar Cümə namazını qılmağa məscid tapmırdılar. Bu mübarək məsciddən sonra isə İspaniyada 1200 məscid və 500 min ispaniyalının İslamı qəbul etməsi ilə yanaşı ümumilikdə 1 milyon 600 min müsəlman vardır. Sözügedən məscid ibadət evi olması ilə yanaşı, böyük bir kitabxanadan ibarət İslam mədəniyyəti mərkəzidir.
Məsciddə tikildiyi andan bu günə qədər imamlıq edən Şeyx Aləl Əhməd əl-İdrisi həmin şəhərdə artıq digər 9 məscid də tikdiklərini qeyd edib.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Müslim)
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür”. (“Şərh Müslim”)