İslamın müqəddəs məkanları yeni pullarda əks olunub
1. 602 dəfə baxılıb
Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında İslam dininin müqəddəs məkanları təsvir olunan əskinazlar dövriyyəyə buraxılıb.
Selefxeber.az -ın “Arab News” a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı dövlətində altıncı dəfə dövriyyəyə yeni pullar daxil edilir. “Təhlükəsizlik və etibarlılıq” şüarı altında buraxılan yeni pullar 1 və 2 səudiyyə rialı da daxil olmaqla, 500, 100, 50, 10, 5 Səudiyyə rialı əskinazları çap edilib.
Yeni əskinazların əksəriyyətində İslamın müqəddəs məkanları əks olunub. Belə ki, 500 Səudiyyə rialı olan əskinazların bir üzündə Kəbə, diğər üzündə isə “Əl-Haram” məscidi təsvir edilib. 100 Səudiyyə rialı olan əskinazlarda isə Mədinədə yerləşən “Məscid ən-Nəbəvi ” əks edilib.
Yeni pullar ölçüsünə görə köhnə əskinazlarla oxşardır və köhnə pullarla bərabər dövriyyədə istifadə olunacaq. Bundan əlavə, yeni pullar xüsusui təhlükəsizlik nişanları ilə təhciz olunub ki, bu da onları saxtalaşdırmağı mümkünsüz edir.