İspaniya hökuməti: İŞİD Ebolanı bioloji silah kimi istifadə edəcək
891 dəfə baxılıb
“Sələf Xəbər” www.radikal.com.tr saytına istinadən xəbər verir ki, İspaniya Təhlükəsizlik Naziri Fransisko Martinez parlamentdə çıxışı zamanı, İŞİD terror xəvaric qruplaşmasının Ebola virusunu “Qərbə qarşı bioloji silah olaraq” istifadə etməyə hazırlaşdığını iddia edib.
Nazir cihadçıların internet vasitəsilə çıxışları bu mövzunu tez-tez müzakirə etdiklərini irəli sürüb.
“Russia Today” kanalının yaydığı xəbərə əsasən, İŞİD terror xəvaric qruplaşmasının internetdən “döyüş meydanının bir davamı olaraq” istifadə etdiyini bildirən Martinez, terrorçuların internetdə bioloji silahları müzakirə etdiyi “bir çox nümunənin” olduğunu ifadə edib.
Son olaraq sentyabr ayının ortalarında belə bir müzakirənin baş verdiyini söyləyən Martinez, “bu müzakirənin mövzusu, Eboladan ABŞ-a qarşı zəhərli bir silah kimi istifadə etmək olub” deyib.
Daha əvvəl də, ABŞ Donanma Döyüş Kollecinin əməkdaşı, Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə professor El Şimkus bənzər bir iddia irəli sürmüş, lakin bu iddialar təkzib edilmişdi.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?”
O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).