Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İspaniya müsəlmanlara Ramazan ayı üçün vəsait ayırıb

Mart 18
19:33 2016

Müsəlmanlara münasibətin birmənalı olmadığı bir dövrdə Avropanın ən böyük dövlətlərindən biri olan İspaniya jest edib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Madrid bələdiyyəsi Ramazan ayında keçiriləcək tədbirlər üçün büdcəsindən vəsait ayırıb. Bu vəsait 150 min avro civarındadır.

İspaniyanın 3-cü böyük siyasi partiyası solçu “Podemos”un Madriddəki qolu “Ahora Madrid” partiyasının rəhbərlik etdiyi bələdiyyə müsəlmanlar üçün büdcə ayıraraq bir ilkə imza atıb.

Lakin bu qərar heç də birmənalı qarşılanmayıb. Mühafizəkar katoliklərin sərt reaksiyasına səbəb olub. Bəzi qəzetlər isə xristianlar üçün böyük önəm daşıyan Pasxa bayramı üçün eyni bələdiyyənin 178 min avro ayırdığını xatırladıb. Onlar Çin yeni ili, Ramazan və Pasxaya, demək olar ki, eyni miqdarda büdcə ayrılmasına etiraz ediblər.

ABC qəzetinin məlumatına görə, önəmli turizm məkanlarından biri olan Madriddə 278 906 müsəlman yaşayır. Çinlilərin sayı isə 49 831 nəfərdir. Qəzet bələdiyyənin bu qərarını “Madrid bələdiyyəsi Manuela Karmena çinlilərə 3 avro, müsəlmanlara 50 sent, katoliklərə isə 5 sent verir” formasında verib.

Avropada müsəlmanlara qarşı münasibət ötən ilin noyabr ayında Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsindən sonra daha da pisləşmişdi. Terror aktı noyabrın 13-də baş verib. Bir-birinin ardınca törədilən terror aktlarından ən böyüyü “Bataclan” konsert salonunda və Fransa-Almaniya arasında futbol matçı keçirilən stadionun yaxınlığında baş verib. Terror aktları nəticəsində 132 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Parisdə törədilən terror hadisəsinə görə məsuliyyəti İŞİD terror xəvaric qruplaşması öz üzərinə götürüb.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər