İspaniyada müsəlmanlara nəzarət tətbiq olunacaq
Yanvar 13
13:46
2015
867 dəfə baxılıb
İspaniya hökuməti Fransada terror hücumlarından sonra radikal dindarlara qarşı yeni qanun layihəsi hazırlayıb.
“Cihadçılara qarşı şok plan” adı altında hazırlanan qanuna görə, müəllimlər və həkimlər ətraflarında gördükləri radikal dindarlar haqda rəsmi orqanlara məlumat verəcək.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, qanun layihəsi ilk olaraq İspaniyada müsəlmanların yaşadığı bölgələrdə tətbiq olunacaq. Buradakı məhəllələrə xüsusi nümayəndə təyin ediləcək və müsəlman gənclər müşahidə altında tutulacaq.
Yeni layihənin əsas məqsədinin xəvaric gənclərin qarşısını almaq olduğu bildirilir.
Qeyd edək ki, İspaniyada təxminən 1 milyon 500 minə yaxın müsəlman yaşayır.
Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində, İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhi üsul”, “ət-təfsir”)