İsrail əsgərləri 288 fələstinliyə xəsarət yetirib
653 dəfə baxılıb
İordan çayının qərb sahillərində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən toqquşmada 99 nəfər yaralanıb.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Fələstinlilər İsrailin Əl-Əqsa məscidi ilə bağlı yeritdiyi siyasətə etiraz olaraq, Lod şəhərində nümayiş keçirməyə cəhd ediblər. Toqquşmalar da aksiyanın dağıdılması zamanı baş verib. Məlumatlara görə, 189 fələstinli isə İsrail əsgərləri tərəfindən atılan gözyaşardıcı qazdan zəhərlənib.
Qeyd edək ki, İsrail sentyabrın 13-dən etibarən fələstinlilərin Əl-Əqsa məscidinə girişini qadağan edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır.
Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)