İsrail Fələstin ərəblərinin torpaqlarında məskunlaşmanı qanuniləşdirdi
1. 165 dəfə baxılıb
İsrail parlamenti ikinci və üçüncü oxunuşda Fələstin ərəblərinin torpaqlarında tikililəri qanuniləşdirən qanun layihəsini qəbul edib.
Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Knessetin 60 deputatı qanun layihəsinin lehinə, 52 nəfər isə əleyhinə səs verib. Qanunun təşəbbüskarlarından biri “Bayt Yequdi” partiyasının nümayəndəsi Betsalel Smotriç səsvermə gününü tarixi gün adlandırıb.
Daha öncə BMT-nin Təhlükəsizlik Şurası belə tikilini qadağan edən qətnamə qəbul etmişdi.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).