İsrail qoşunları Qəzzadan çıxdı
1. 029 dəfə baxılıb
“BBC Azərbaycanca”-nın yazdığına görə, İsrail qoşunları Qəzzadan çıxaraq Fələstin ərazisi xaricində “müdafiə mövqelərinə” çəkilib. Bu barədə İsrail hərbiyyəsinin sözçüsü Peter Lerner bildirib.
İsrail yaraqlıların qazdığı tunelləri dağıtdığını qeyd edərək Qəzzaya qarşı hərbi əməliyyatının əsas məqsədinə nail olunduğu bildirilib.
72 saatlıq atəşkəs barədə razılıq Misirin vasitəçili ilə ötən gün əldə edilib, yerli vaxtla səhər saat 8-dən qüvvəyə minib və xəbərlərə görə hələlik gözlənilməkdədir.
Qəzza rəsmilərinə görə 4 həftə çəkmiş münaqişə nəticəsində 1,800 fələstinli həlak olub. İsrail tərəfdən ölənlərin sayı 67 nəfər təşkil edib.
BMT rəqəmlərinə əsasən, ölən Qəzza sakinlərinin 75%-i mülki əhalidir, həlak olan fələstinli uşaqların sayı 400-dən çoxdur. Qoşunları çəkməkdən əvvəl İsrail ordusu hərbi əməliyyat gedişində Qəzzada 32 tunelin dağıdıldığını, 3 min raketin məhv edildiyi və 900 “terrorçu” öldürdüyünü bildirib.
“Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 140-cı ayə)