İsrail Suriyaya hücum edib
Sentyabr 05
15:29
2016
1. 121 dəfə baxılıb
Xəsarət alanlara dair məlumat yoxdur.
Sentyabrın 4-də axşam saatlarında Holan yüksəkliklərinin İsrail hissəsinin minaatanlardan atəşə tutulmasına cavab olaraq, İsrail ordusu Suriya ərazisinə zərbələr endirib.
Selefxeber.az-ın məlumatına görə Oxu.Az Newsru-ya istinadən xəbər verir ki, hücumun hədəfi Suriya ordusunun artilleriya mövqeləri olub.
Qeyri-rəsmi mənbələrin məlumatına görə, Suriya ərazisinə “Tamuz” raketi atılıb.
Endirilən zərbə nəticəsində xəsarət alanlara dair məlumat yoxdur.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ərazilərinin atəşə tutulmasına görə məsuliyyəti Suriya ordusu daşıyır.
Sələf Xəbər: Suriya müharibəsindən ən çox əziyyət çəkən, suriyalılardır. Əminamanlıq hər bir ölkə üçün çox əhəmiyyətli, əvəzsiz bir nemətdir. Biz də suriya xalqına tezliklə əminamanlığa qovuşmağı arzu edirik.