Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsrail təcavüzünün qurbanlarının 90% – mülki əhalidir

Avqust 02
15:27 2014

Döyüş günlərində Qəzza zolağında olmuş Avropa həkimlərdən ibarət nümayəndə heyəti Brüsseldə mətbuat konfransı keçirib.

Anklavda yaşananları KİV-ə danışan həkimlər vurğulayıb ki, hücum qurbanlarının 80-90%-i – dinc əhalidir, onlardan əksəriyyəti isə – uşaqlardır.

Nümayəndə heyətinin üzvləri İsrail qüvvələrinin xəstəxanaları, təcili yardım maşınlarını, məktəbləri, məscidləri, evləri bombalamasına şahid olduqlarını bildiriblər.

Qəzzada “Şifa” hospitalında işləmiş norveçli həkim Mads Gilbert jurnalistlərə hava hücumları nəticəsində ölmüş körpələrin şəkillərini göstərib. “Budur terrorçular?! Mən həyatımda hələ bu qədər qan görməmişdim.”, – həkim bəyan edib.

Onun sözlərinə görə, ölənlərin dörddə biri və yaralananların üçdə biri – məhz uşaqlardır. Gilbert Qəzzadakı qırğına görə məsuliyyəti Qərb ölkələri, onların rəhbərləri və Natanyaxunun üzərinə qoyub.

 Sələf Xəbər: Heç bir məqsəd dinc əhalinin, xüsusilə, uşaqların öldürülməsinə bəraət qazandıra bilməz!

Hər bir əməli düzgün, Allahın razı qaldığı şəkildə etməyi izah edən İslam dini, hətta döyüşdə düşmənlə üz-üzə gəldikdə insan haqqını güdməyi başlıca qayda olaraq müəyyən edir.

Belə ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cihada gedənlərə belə nəsihət edirdi: “Öldürülənlərin cəsədlərini təhqir etməyin, müqavilələri pozmayın və uşaqları öldürməyin” (Muslim).

Bu qayda ilk növbədə, müharibə vaxtı, dinc əhali, uşaqlara, qocalara, qadınlara şamil olunur.

Digər xəbərlər