Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsrail təzminat ödəyəcək

Dekabr 22
19:45 2014

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrailin Livana, təxminən 700 milyon avro təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

“Sələf Xəbər Axar.az-a istinadən xəbər verir ki, keçirilən səsvermədə İsrailin təşkil etdiyi hava hücumu nəticəsində yaranan neft fəlakəti səbəbiylə Livana təzminat ödəməsi 170 səslə qəbul edilib.

Hüquqi məcburi qüvvəsi olmayan səsvermə zamanı İsrail, ABŞ, Kanada, Avstraliya, Mikroneziya və Marşall adaları qərarın əleyhinə səs verib.

Xatırladaq ki, İsrail 2006-ci ildə Livandakı müxtəlif infrastruktur obyektlərinin bombalanması üçün genişmiqyaslı hava hücumları təşkil etmişdi. Sahilə yaxın bir neftayırma zavoduna endirilən zərbələr nəticəsində 15 min ton xam neft Aralıq dənizinə axmış, Livan ilə Suriyanın 150 kilometrlik sahil sərhədində yayılmışdı.

Birləşmiş Millətlər qərarında İsrailin “birbaşa təsir edən digər dövlətlərə” də təzminat ödəməsi lazım olduğu ifadə edilsə də, bu qərar Suriyaya aid edilməyib.

“Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.”

Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə

Digər xəbərlər