İsrail Türkiyə ilə barışmaq istəyir
Mart 24
17:29
2016
724 dəfə baxılıb
“Türkiyə ilə İsrail arasında münasibətləri hər zaman düzəltmək istəmişik”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu deyib.
O, İsrail ilə Türkiyə arasında davam edən danışıqlarla bağlı açıqlamalar verib:
“Danışıqlar müsbət nəticələr verəcək. Türkiyə ilə münasibətləri hər zaman düzəltmək istəmişik. Münasibətləri pozan tərəf biz olmamışıq. Əgər mümkündürsə, əlaqələrimizi yenidən normallaşdırmaq istəyirik”.
Qeyd edək ki, İsrail 2010-cu ilin mayında Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücum edib. Bundan sonra Türkiyə İsraillə əlaqələri kəsib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!