Fələstin bayrağı BMT-nin qərərgahı üzərində dalğalanacaq
828 dəfə baxılıb
“Sələf Xəbər”in alarabiya.net -ə istinadən xəbərinə görə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Nyu-Yorkda öz qərargahında, Fələstin bayrağının qaldırılması barədə razılığa gəliblər. Bu öz dövlətinin tanınması üçün kampaniya aparan Fələstinlilər üçün diplomatik qələbə hesab olunur.
Baş assambleya 119 ölkənin razılığı ilə bu qərarı qəbul etmişdir. 45 dövlət səsvermədən imtina etmiş, 8 dövlət isə əleyhinə səs vermişdir. Əleyhinə səs verənlər arasında Amerika və İsrail də vardır.
Parisdə səfərdə olan Fələstinin baş naziri Rami əl-Həməd bu addımı Fələstinin BMT-nin tam hüquqlu üzvünə çevrilməsi yolunda bir addım olduğunu demişdir.
2012-ci ildə Fələstin BMT-yə üzv olmayan müşahidəçi qismində təmsil olunurdu.
Bu hadisə müəyyən qədər rəmzi xarakter daşısa da, fələstinlilərin öz dövlətlərini elan etmələri və beynəlxalq arenada təmsil edilmələri üçün əsaslı bir addımdır.