Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsrail və fələstinlilər atəşkəsi uzatdı

Avqust 07
21:12 2014

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qahirədə fələstinlilər və israillilər arasında atəşkəsin daha bir neçə gün uzadılması haqqında razılaşma əldə edilib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı xəbər yayıb.

Hazırda tərəflər arasında 72 saatlıq atəşkəs qüvvədədir. Eyni zamanda, İsrail qoşunlarını Qəzzadan çıxarıb.

Misir mətbuatının yazdığına görə, tezliklə İsrail nümayəndə heyəti Misirin xarici kəşfiyyatı vasitəsilə Fələstinin irəli sürdüyü tələbləri cavablandıracaq.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir” .”(Müqəddəs Quran, “Ənfal” surəsi, 61-ci ayə)

“Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər