Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsrailə qarşı etirazlar artır

İyul 06
15:33 2015

İsrail ordusunun Qəzza blokadasını keçməyi hədəfləyən 3-cü Azadlıq donanmasının başındakı “Marianne” adlı balıqçı gəmisinə beynəlxalq sularda müdaxilə etməsinə etirazlar getdikcə böyüyür. Bir həftə öncə baş verən müdaxilədə həbs edilənlər arasında rus jurnalist də var.

“Sələf Xəbər”in Azvision.az istinadən məlumatına görə, Qəzzaya humanitar yardım aparmaq üçün Yunanıstandan yola çıxan və tərkibində müxtəlif ölkələrin vətandaşlarının olduğu 3-cü Azadlıq donanmasında İsrail tərəfindən saxlanılan fəallardan 3-u azad edilsə də, 13 nəfər hələ də İsrail həbsxanalarındadır. Onların arasında “Fələstin dirənişi” adlı kitabıyla tanınan rus jurnalist Nadejda Kevarkova da var.

Nadejdanın həyat yoldaşı tanınmış jurnalist Maksim Şevçenko isə İsrail əsgərləri tərəfindən saxlanılanların günahsız olduqlarını və onların ən qısa zamanda azad ediləcəklərinə inanır:

“Nadejda Kevarkovanı Azadlıq donanmasına qatılmağa sövk edən ədalətsizliyə qarşı etirazdı. Uzun illərdir ki, İsrail iki milyona yaxın qəzzalını konslager şəraitində saxlayır. Mütəmadi olaraq onlara bomba yağdırılır. İsrail isə sanki hər şey normaldır və belə də olmalıdır kimi siyasət aparır. Ancaq bu alınmayacaq, dünyada Azadlıq donanmasına olan dəstəyin getdikcə artması da bunu göstərir”.

Daha öncə 2010-cu ildə İstanbuldan 500 nəfərlə yola çıxan “Mavi Marmara” gəmisinə də İsrail ordusu müdaxilə etmiş və silahlı qarşıdurmada 9 nəfər həyatını itirmişdi.

İkinci Azadlıq donanması isə bir il sonra təşkilatçılıq problemləri səbəbindən ləğv edilmişdi.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20,21-ci ayələr)
“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!
Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər