İsrailin təhlükəsizlik orqanları 6742 fələstinlini saxlayıb
1. 617 dəfə baxılıb
İsrailin təhlükəsizlik orqanları 2017-ci ildə Qəzza sektorunda və İordan çayının qərb sahilində 6742 fələstinlini saxlayıb.
Selefxeber.az-ın məlumatına görə, “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının bəyanatında bildirilir.
Bəyanata əsasən saxlanılanılardan 1467 nəfəri uşaqlar, 156 nəfəri qadınlardır. Ötən il həmçinin Fələstinin qanunvericilik şurasının 14 deputatı və 25 jurnalist saxlanılıb. Saxlanılanların bir hissəsi azad olunub.
Sənəddə qeyd edillir ki, hazırda İsrail həbsxanalarında 6590 fələstinli var. Onlardan 359-u uşaqlar, 22-i jurnalistlər, 10-u deputatlardır.
Fələstinlilərin bir hissəsi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda saxlanılıb. Onlar müxtəlif işgəncələrə məruz qalıblar.
Bənayatda həmçinin bildirilir ki, işğal edilmiş Qüdsdə 2436 fələstinli həbsdədir. Onların üçdə birini uşaqlar təşkil edir.