Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsrailli general: “Qüdsdəki şiddətin tək səbəbkarı İsrailin yürütdüyü siyasətdir”

Noyabr 04
19:15 2015

İsrailli generaldan şok etiraf.

“İordaniya çayının qərb sahili və Qüdsdəki şiddətin tək səbəbkarı İsrailin yürütdüyü siyasətdir”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə hərbi kəşfiyyat direktoru Herzi Haləvi deyib.

“Qüdsdə və İordaniya çayının qərb sahilində son zamanlar daha da artan şiddətin səbəbkarı İsrailin yürütdüyü siyasətdir. Bu siyasətin yol açdığı hirs və ümidsizlik fələstinli gəncləri şiddətə sürükləyir.

Sosial mediada Fələstin aksiyaları ilə bağlı paylaşılan video və fotolar fələstinli gəncləri israillilərə hücuma təşviq edir”, – deyə Haləvi qeyd edib.

Sələf Xəbər: Uca Allah Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müsəlmanlara belə deməsini əmr edir: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 31-ci ayə)

Beləliklə, yalnız emosiyalara əsaslanan və müsəlmana peyğəmbərin vəsiyyətlərini yerinə yetirməyə təkan verən sevgi, həqiqi sevgi hesab olunmur.

Şübhəsiz, müsəlmanlar bütün mümkün səmərəli səyləri qoyaraq İslamın və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şərəfini və adını müdafiə etmək üçün bütün qanuni metodlardan istifadə etməyə borcludur.

Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Uca Allahdan diləyirik ki, O bütün müsəlmanları doğru yola yönəltsin və onlara dinlərinə tam şəkildə etiqad etməyə kömək etsin. Həmçinin Allahdan İslama istehza edənləri alçaltmasını və cəzalandırmasını istəyirik!

Uca Allahdan müsəlmanlara səbir verməsini və onların Tək Ona edilən ibadətlərini asanlaşdırmasını diləyirik. Amin! Necə ki, Uca Allah buyurmuşdur: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir”. (Qurani-Kərim, “Şərh” surəsi, 5-ci ayə)

Digər xəbərlər