İsraillilər Fələstin üçün küçələrə axışdı
1. 245 dəfə baxılıb
İsrailin paytaxtı Tel-Əvivdə minlərlə insan küçələrə axışaraq Fələstin münaqişənin ədalətli yolla həll edilməsini tələb edib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” “Döç Velle”yə istinadən xəbər verir ki, etirazçılar “İki dövlət, bir ümid”, “Bəsdir, indi sülh” şüarları yazılan plakatlar qaldırıblar.
15 min israillinin iştirakı ilə keçirilən mitinqin solçu “Sülh Hərəkətı”ının çağırışı ilə təşkil edildiyi bildirilib.
Qeyd edək ki, nümayişin təşkilatçıları Fələstin lideri Mahmud Abbasın da çağırışlarını səsləndirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (Müqəddəs Quran, “İsra” surəsi, 1-ci ayə).
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir. Bu Məhəmməd Peyğəmbər haqqında ilahi qayğının daha bir təzahürü idi. Allah ona arzu olunan məqsədə çatmağı hərtərəfli aslanlaşdırmış və onu öz sələflərindən və müasirlərindən üstün edən son dərəcə gözəl keyfiyyətlər bəxş etmişdir.
Bu ayənin açıq-aydın mənasına əsaslanaraq fərz etmək olar ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gecənin ilk saatlarında uzaq səyahətə çıxıb və o yola bilavasitə Məscidul-Həramdan çıxıb. Lakin, səhih bir hədisdə rəvayət olunur ki, o yola Umm Haninin evindən çıxıb. Bu isə o deməkdir ki, Məscidul-Həramın üstünlüyü bütün hörmətli Məkkə torpağına şamil olunur. Və əgər insan hörmətli Məkkə torpağında ibadət edirsə, onun mükafatı, sanki o Məscidul-Həramın içində ibadət edirmiş kimi artır. Bu ayədən həmçinin belə nəticə çıxarmaq olar ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həm ruhən, həm də cismən səyahət etmişdir. Əks halda, bu səyahət böyük bir möcüzə və məziyyət sayılmazdı.
Peyğəmbərin gecə səyahəti barədə bir çox səhih hədislər rəvayət olunub, bəzi hədislərdə ona göstərilmiş çoxsaylı möcüzələr sadalanır. Bu hədislərdən məlumdur ki, əvvəlcə o müqəddəs Yerusəlim məscidinə yollanır, ordan isə səmaya yüksəlir.
O yeddinci səmanın zirvəsinə qədər qalxır, orada ona Cənnət və Cəhənnəm göstərilir. Səmanın hər qatında o peyğəmbərlərlə görüşür, daha sonra ona 50 vaxt namaz fərz edilir. Musa peyğəmbərin nəsihəti ilə o ta ki Allah gündəlik fərz namazların sayını 5-ə endirənə qədər Allahdan bir neçə dəfə onun davamçılarının vəzifəsini azaltmağı xahiş edir. Bu 5 namazı qılana isə, 50 namazın mükafatının veriləcəyi vəd olunur. Həmin gecə Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) və onun davamçılarına o qədər məziyyətlər lütf olunub ki, onları yalnız Uca və Qüdrətli Allah saya bilər.
Bu vəhydə və Allahın Quranın nazil olunması barədə bəhs etdiyi və ya müşriklərə ona bənzər bir şey yazmağı təklif etdiyi digər ayələrdə, Allah Məhəmməd Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) Öz qulu adıandırır, çünki o bu böyük mövqeyə məhz öz Rəbbi qarşısında vəzifələrini layiqincə (qüsursuz) şəkildə yerinə yetirdiyi üçün müvəffəq olmuşdur. Bu ayədə həmçinin əl-Əqsa məscidinin ətrafındakı torpaqların bərəkətli olması bildirilir. Orada bir çox ağaclar bitir, çoxlu sayda çay və kiçik çaylar axır, məhsul isə həmişə bol olur. Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsaməscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir.” (Bax “Təfsir Əs-Saadi”).